İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Təhlükəsizlik İdarəsinin (kəşfiyyat) rəisi Hüseyn Tayebəyə sui-qəsd edilib.
“Realpress.az” xəbər verir ki, məlumatı “Alarabiya.net” yayıb.
“Terror Alarm” tviter səhifəsində hadisədən sonra kəşfiyyat rəisinin hospitala yerləşdirildiyinə dair xəbər yayıb.
Bildirilib ki, İsrailin təhlükəsizlik orqanları onun Türkiyə və başqa ölkələrdə israilli turistlərə qarşı sui-qəsddə iştirakını təsdiqləyərək fəaliyyətini izlədiklərini açıqlayıblar.
Məlumata görə, İranda baş verən nüvə alimləri və qvardiya zabitlərinin müəmmalı ölümlərindən sonra Hüseyn Tayebə bu yaxınlarda işdən çıxarılıbmış.
H.Tayebə 1963-cü ildə Tehranda anadan olub. O, qvardiyanın əsas kadr bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının başçısı işləyib. 2009-2019-cu illərdə isə İnqilab Keşikçiləri Qvardiyası kəşfiyyatı başçısının koməkçisi olub. Onun adı ölkədə bəzi din xadimlərinin qalmaqallı qətllərində də hallanır.
Hüseyn Salaminin qvardiyaya rəhbərlik etdiyi dövrdə (2019-cu ildən) SEPAH-ın Kəşfiyyat İdarəsi ilə Strateji Kəşfiyyat birləşdirilərək İnqilab Keşikçiləri Qvardiyası Kəşfiyyat Təşkilatı adlanıb. Yeri gəlmişkən, 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1737 saylı qətnaməsinə əsasən, ballistik raketlər üzrə proqramda iştirakına görə Hüseyn Salamiyə sanksiya tətbiq edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib.
Artıq 5 ildir ki, iyunun 3-ü bütün dünyada Velosiped Günü kimi qeyd edilir.
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.
“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”.
Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.