Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıb - FOTO

Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalayıb - FOTO
05 İyul 2022 10:45


Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənədə Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında imza atılıb.

Toplantı çərçivəsində azərbaycanlı nazir İnam Kərimov özbək həmkarı Cəmşid Xocayevlə görüşüb. Görüşdə Prezident İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsinə dair qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Sonda aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Sənəddə iki ölkənin aqrar sığorta sisteminin, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

İ.Kərimov həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canıbekov və Qazaxıstanın kənd təsərrüfatı naziri Erbol Karaşukeyevlə ikitərəfli görüşlər keçirib.

Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının sonunda yekun bəyannamə qəbul olunub.


8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.