Azərbaycan İslamiadada ağırlıqqaldırma növündə ilk medalını qazanıb - FOTO

Azərbaycan İslamiadada ağırlıqqaldırma növündə ilk medalını qazanıb - FOTO
11 Avq 2022 14:06


Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

realpress.az-ın məlumatına görə, 24 yaşlı atlet iki hərəkətin cəmində 121 kq nəticə göstərib.

O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib.

İndoneziyalı Hariron Siti Nafisatul 159 kq (71 + 88) nəticə ilə qızıl, türkiyəli Cansu Bektaş 151 kq (65 + 86) gümüş medala yiyələnib.

Yarış gərgin mübarizə şəraitində keçib. Nafisatul təkanla 88 kq ağırlığı qaldırdıqdan sonra ştanqı yerə elə çırpıb ki, körpücük üzərindəki kameranın şüşələri qırılıb. Bektaş isə 89 kq ağırlığı qaldırmaq istəyərkən ştanqın öhdəsindən gələ bilməyib və onu irəli atmalı olub.

Qeyd edək ki, Nazilə İsmayılova Azərbaycana ağırlıqqaldırma növündə ilk, ümumilikdə isə 14-cü medalı qazandırıb. 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.