Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib - FOTO

Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib - FOTO
22 Sent 2022 11:36


Sentyabrın 21-də İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyre, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaude Haegi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “SOCAR Trading”in prezidenti Məryəm Almaszadə və “İSR Holdinq”in baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransına dair İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr şöbəsinin müdiri və Federal Şuranın Ticarət Sazişlər üzrə Nümayəndəsi, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrəli həmsədri, səfir Ervin Bollinger tərəfindən konfrans iştirakçılarına təbrik məktubu ünvanlanıb. Məktubda Palatanın fəaliyyətinə uğurlar arzu edilib və İsveçrə Hökumətinin dəstəyi ifadə olunub.

Konfrans çərçivəsində KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmlərinə, AZPROMO tərəfindən Azərbaycanın investisiya potensialına, SACCI tərəfindən palatanın interaktiv platformaları və saytına dair təqdimatlar keçirilib.

Sonra palatanın yeni strukturu təsdiqlənib, idarə heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.


28 Sent 2022
Cəmiyyət

2026-cı ilə qədər azad olunmuş ərazilərə təxminən 66 min sakinin köçürülməsi planlaşdırılır

“2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır”.

28 Sent 2022
Cəmiyyət

Millimizin üzvü Açıq Avropa Çempionatında bürünc medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatının bürünc medalını qazanıb. 

28 Sent 2022
Cəmiyyət

Bakının bu küçəsi təmir edilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 1 400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmirinə başlayıb.

28 Sent 2022
Cəmiyyət

“Son görüşdə uşaqları bərk qoxulayıb, dərindən nəfəs aldı” - Şəhid xanımı ilə MÜSAHİBƏ + FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

28 Sent 2022
Cəmiyyət

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.