Gənclər Qarabağa qayıdırlar - FOTO

Gənclər Qarabağa qayıdırlar - FOTO
05 Okt 2022 16:12


Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu ilk dəfə ərazidə fəaliyyətə başlayıb.

Belə ki, “Ağdam Könüllüləri” 5 oktyabr tarixində Ağdam şəhərində keçirilən beynəlxalq səviyyəli Milli Şəhərsalma Forumunun təşkilatçılığında fəal iştirak ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqramda iştirak üçün müraciət etmiş 1500-dən çox gənc arasından seçilərək, Ağdam rayonundan keçmiş məcburi köçkün statusu olan gənclərdən formalaşdırılan “Ağdam Könüllüləri” qrupunun rayon ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq burada keçiriləcək tədbirlərin təşkilində iştirak, bura səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub.


2 Okt 2023
Cəmiyyət

Xankəndidə Azərbaycan radio-televiziya yayımı təmin olunub

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.

2 Okt 2023
Cəmiyyət

Zəngilan Konqres Mərkəzinin tikilmə anları - VİDEO

Oxçuçayın sahilində inşa olunan Zəngilan Konqres Mərkəzinin tikilmə anları nümayiş olunub.

2 Okt 2023
Cəmiyyət

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

2 Okt 2023
Cəmiyyət

Şəhid olan Azərbaycan çempionunun anım günüdür

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür.