Ərdoğan: “Türkiyənin inkişaf kursu davam edəcək”

Ərdoğan: “Türkiyənin inkişaf kursu davam edəcək”
30 Noy 2022 14:23

"Türkiyənin 2022-ci ildə iqtisadi artımı rekord səviyyədə olacaq".

"Anadolu"ya istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəliklərinin rəhbərləri ilə Ankarada keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2023-cü ilə uğurla daxil olacaq Türkiyə Cümhuriyyət müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir.

Türkiyə Prezidenti diqqəti ölkənin son 20 ildə əldə etdiyi uğurlara yönəldib: "AKP-nin iqtidarda olduğu dövrdə ölkəmiz bir əsrlik inkişaf yolu keçib. Bu inkişaf kursu davam etdiriləcək".

O, dünyada resessiya ilə bağlı mövcud narahatlıqlar fonunda Türkiyənin iqtisadi artımı davam etdirməsinin əlamətdar fakt olduğunu vurğulayıb.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.