Dörd yaşlı Ömərin sizin köməyinizə ehtiyacı var - FOTO

Dörd yaşlı Ömərin sizin köməyinizə ehtiyacı var - FOTO
01 Dek 2022 14:15

Bakıda dörd yaşlı oğlanın bədəninin böyük hissəsi ehtiyatsızlıqdan yanıb.

Bu barədə  onun nənəsi Nəcibə Əliyeva məlumat verib.

N.Əliyeva bildirib ki, 2018-ci il təvəllüdlü nəvəsi Əlizadə Ömər Səxavət oğlu əməliyyat olunmalıdır:

“Hadisə noyabrın 19-da baş verib. Nəvəm evdə qonşunun uşağı ilə oynayarkən mürəbbə qazanına düşüb. Həmin gün onu Şəki Rayon Mərkəzi Xəstəxanasına apardıq. Noyabrın 20-si isə bizi Bakıya göndərdilər. Üzü və ayaqlarından başqa hər yeri tam yanıb. O, iki dəfə dəriköçürmə əməliyyatı olmalıdır. Bu gün birinci əməliyyata girib, bu əməliyyatın pulunu ödəyə bilsək də, ikinci əməliyyat üçün imkanımız yoxdur. Ömərin ikinci əməliyyatı üçün 600 manat pul lazımdır. İmkanlı şəxslərdən nəvəmə bir daha yardım etmələrini xahiş edirəm”.

Məlumat üçün bildirək ki, Əlizadə Ömər Səxavət oğlu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə daxil olan dərmanlarla təmin olunur. 

Ailə ilə əlaqə üçün: 055 800 94 43

 


8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.