Vəhşi təbiətdən 2022-ci ilin ən gülməli görüntüləri - FOTO

Vəhşi təbiətdən 2022-ci ilin ən gülməli görüntüləri - FOTO
15 Dek 2022 09:43

Nüfuzlu “Comedy Wildlife Photography Awards-2022” (CWPA) mükafatının əsas qalibi məlum olub. Bu ilin ən gülməli vəhşi təbiət fotosu üç aylıq aslan balasını əks etdirən “O qədər də pişiyə aid olmayan refleks” (“Not so cat-like reflexe”) adlı görüntü olub.

bu barədə CWPA saytı yazıb.

Bildirilir ki, Cennifer Hedli imzalı foto Tanzaniyadakı Serengeti Milli Parkında çəkib.

“Heç kim belə bir şey gözləmirdi və təbii ki, biz onun təhlükəsizliyi üçün narahat idik. Xoşbəxtlikdən, pişiklərdə olduğu kimi, o, dörd ayağı üstə yerə endi və bacıları ilə birlikdə qaçdı”, - deyə fotoqraf bildirib.

Hedli Keniyadakı “Masai Mara” qoruğuna bir həftəlik safari və əl işi olan unikal kubok qazanıb.

Qeyd edək ki, ümumilikdə bu il müsabiqənin münsiflər heyəti 85 ölkədən təqdim olunmuş 5 000-ə yaxın müraciətə baxıb.

 


18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat