Bədənində çürümə gedən iki aylıq körpənin anası: Yemək almaqda belə çətinlik çəkirik - FOTO

Bədənində çürümə gedən iki aylıq körpənin anası: Yemək almaqda belə çətinlik çəkirik - FOTO
24 Yan 2023 11:55

Realpress.az Oxu az-a istinadən xəbər verir. Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Süleymanova Dilbər Siyasət qızı məlumat verib.

O bildirib ki, 2 aylıq övladı ağır yanıq xəsarətləri alıb:

“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Süleymanov Əli Aslan oğlu ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. 2 aylıq körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Hazırda şəhər xəstəxanalarından birində müalicə alırıq”.

Ana bildirib ki, övladının yenidən əməliyyat olunması üçün 2 000 manata ehtiyacı var.

“Əli dəriköçürmə əməliyyatı edilib. Bədəninin bəzi hissələrində çürümə gedir. İnanın ki,  övladımın altını dəyişmək üçün bez belə ala bilmirəm. Yemək tapmaqda çətinlik çəkdiyim üçün ona ana südü verə bilmirəm. Bütün günü ağlayır. Əlimdən isə onu bəsləmək gəlmir. İmkanlı şəxslərdən xahiş edirəm 2 aylıq övladımı bu çətin vəziyyətdən çıxara bilməyim üçün mənə əl uzatsınlar”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə uyğun olaraq Süleymanov Əli Aslan oğlunun müayinə və müalicəsi üçün köməklik göstərilir.

Ailə ilə əlaqə: 0509767042

 


1 Dek 2023
Cəmiyyət

Naxçıvanda 11 məktəbə direktor təyin olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

1 Dek 2023
Cəmiyyət

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.

1 Dek 2023
Cəmiyyət

Məktəblərdə qızılcaya görə şagirdlərin temperaturu ölçülür - FOTO

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb. 

1 Dek 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

1 Dek 2023
Cəmiyyət

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.