Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib

Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib
24 Yan 2023 16:00

Realpress.az “Ölkə.Az”-a istinadən xəbər verir . Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yarım saat ərzində rus ordusunun üç helikopterini məhv edib.

 Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook səhifəsində məlumat verilib. 

“2023-cü il yanvarın 24-də gecə saat 00.00-dan 00.30-a qədər yarım saatlıq zenit döyüşü zamanı Rusiyanın 3 Ka-52 hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin şərq istiqamətində zenit-raket qüvvələri tərəfindən məhv edilib”, - məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələri yanvarın 23-də isə rus ordusunun iki hücum təyyarəsi, iki təyyarə raketi, bir helikopter və bir pilotsuz uçuş aparatını, eyni zamanda 700-ə yaxın rus ordusunun hərbçilərini məhv edib.

Bununla da rusların 24 fevral 2022-ci ildən 24 yanvar 2023-cü il tarixədək ümumilikdə itkisi təxminən 122 min 170 nəfər təşkil edir.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.