Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.