Üç uşağı anasız qoymayaq: “Əməliyyat üçün qardaşımız evini girov qoyub, amma pul çatmır” – FOTO

Üç uşağı anasız qoymayaq: “Əməliyyat üçün qardaşımız evini girov qoyub, amma pul çatmır” – FOTO
02 Fev 2023 10:28

Realpress.az Oxu az-a istinadən xəbər verir. Qaraciyər sirrozundan əziyyət çəkən Ağakişiyeva Fəxriyyənin köməyə ehtiyacı var.

Bu barədə  onun bacısı Yetər Qazıyeva məlumat verib.

O bildirib ki, bacısı Fəxriyyə Ağakişiyeva 4 ildir qaraciyər sirrozu ilə mübarizə aparır.

“Bacımın 49 yaşı var. Dörd il əvvəl ağrıları başladı, buna görə həkimə getdi, məlum oldu ki qaraciyər sirrozundan əziyyət çəkir. Vəziyyəti çox ağırdır. İki dəfə qarın boşluğunda yığılan su çəkilsə də, bu dəfə həkimlər suyun çəkilməyinin təhlükəli olduğunu deyirlər”. 

Yetər Qazıyeva bacısının müalicəsi üçün qardaşlarının evini banka girov qoyduğunu deyib.

“Bacım Türkiyədə əməliyyat olunmalıdır. Donoru tapılıb. Əməliyyat üçün 58 000 manat lazım idi. Qardaşımız evini banka girov qoyub 36 000 manat götürüb, qohumlarımız və yardımsevər şəxslər sayəsində 19 000 manat da yığılıb. İndi isə 3 000 manatımız çatmır. İmkanlı şəxslərdən bacıma kömək olmalarını xahiş edirəm. Bacımın üç övladı var. Balaca övladının dörd yaşı var. Yoldaşı isə 2 il əvvəl yol-nəqliyyat hadisəsində vəfat edib”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Ağasiyeva Fəxriyyə Ağahüseyn qızı ilə bağlı müraciət araşdırılıb. Vətəndaşın qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi məlum olub və vətəndaş Türkiyə Respublikasında qaraciyər köçürülməsi əməliyyatı üçün ona köməklik göstərilməsini xahiş edib. Vətəndaşa əməliyyatın icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: 055 495 56 92

 


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.