İlham Əliyev: “Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir” - VİDEO

İlham Əliyev: “Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir” - VİDEO
03 Fev 2023 09:27

“Yaşıl enerji istiqamətində də çox önəmli addım atılıb və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji, böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq:

“Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaq.


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.