Dənizkənarı Bulvar İdarəsi Novruz bayramı ilə bağlı Milli Parkda hazırlıq işlərini yekunlaşdırır

Dənizkənarı Bulvar İdarəsi Novruz bayramı ilə bağlı Milli Parkda hazırlıq işlərini yekunlaşdırır
16 Mar 2023 16:15

Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif bəzəklər və kompozisiyalarla bəzədilir. 

İdarədən verilən məlumata görə, 18 mart 2023-cü il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” (Kukla Teatrının arxası) ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. Burada uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcək. 

Bundan əlavə, burada ziyarətçilər üçün Novruz şəhərciyi quraşdırılır. Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin “Xəmsə”sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilir. Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar. 

 

Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcək. Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcək. Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram abu-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


30 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”

"Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 

30 Mar 2023
Siyasət

Aprelin 2-də 27 mindən çox abituriyent imtahana verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanları keçirəcək.

30 Mar 2023
Siyasət

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib.

30 Mar 2023
Siyasət

Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.

30 Mar 2023
Siyasət

Ərdoğan: “TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”

“Biz TANAP-dan Macarıstana təbii qazın çatdırılması üçün Azərbaycanla hər cür dəstəyi göstərməyə hazırıq”.