Bədəni yanan daun sindromlu körpənin anası: “Xahiş edirəm, övladımı yarıyolda qoymayın” - FOTO

Bədəni yanan daun sindromlu körpənin anası: “Xahiş edirəm, övladımı yarıyolda qoymayın” - FOTO
27 Mar 2023 11:00

Realpress.az Oxu az-a istinadən xəbər verir. Bir yaşlı daun sindromlu Rüxsarə Abasovanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə onun anası Kəsirə Şirəliyeva məlumat verib. 

O bildirib ki, qızı Rüxsarə martın 6-da isti su qazanını üstünə aşıraraq yanıb.

“Biz Masallıda yaşayırıq. Kəsdiyimiz toyuğu təmizləmək üçün su qaynadıb yerə qoymuşdum. Rüxsarə də iməkləyərək suyu üzərinə çəkib. Həmin gün Lənkəran Dövlət Xəstəxanasına getsək də, Rüxsarənin vəziyyətinin ağır olduğunu bildirib bizi Bakıya yönləndirdilər”.

Kəsirə Şirəliyeva bildirib ki, Rüxsarə həm də daun sindromludur:

“Rüxsarə daun sindromlu uşaqdır, ürəyində də problem var. Onun sinəsi və qolları yanıb. Bakıda həkimlərin apardığı müalicələr nəticəsində övladımın vəziyyətində xeyli irəliləyiş var, amma müalicəni davam etdirmək üçün imkanımız yoxdur. Hazırda övladımın ümumi bərpası üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim balama bir daha kömək olmalarını, onu yarıyolda qoymamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 976 70 39

 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.