Rusiyanın Sverdlovsk vilayətinin Pelım kəndində qaz kəmərində partlayış baş verib.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.
İlkin məlumatlara görə, insidentə səbəb borunun təzyiqsizləşdirilməsi olub, bundan sonra yanğın başlayıb. Şahidlərin dediyinə görə, yanğın onlarla kilometr məsafədə görünür.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.