Realpress.az BAKU.WS-a istinadən xəbər verir. Ötən gündən etibarən başlayan qar yağışı səbəbindən Türkiyənin bəzi vilayətlərində məktəblərdə tətil elan olunub.
Qarlı hava ilə bağlı 6 vilayətin - Yozqat, Nevşehir, Giresun, Sivas, Bayburt və Muşun bütün məktəblərində dərslər 1 günlük dayandırılıb.
Qeyd edək ki, sözügedən bölgələri təsiri altına alan güclü yağış, dolu, qar və fırtına nəticəsində bir çox evin damı uçub, yüksək dağlıq ərazilərin rayon mərkəzləri ilə əlaqəsində problemlər yaranıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.