İbrahim Tatlısesin Bakıdakı konsertinin vaxtı dəyişdirildi

İbrahim Tatlısesin Bakıdakı konsertinin vaxtı dəyişdirildi
18 May 2023 15:46

Realpress.az Oxu az-a istinadən xəbər verir. Məşhur müğənninin konserti təxirə salınıb.

Türkiyəli məşhur müğənni İbrahim Tatlısesin (İbrahim Tatlı) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı konsertin təşkilatçıları ilə danışıb.

Təşkilatçı konsertin ləğv olunmadığını deyib:

“Konsert ləğv olunmayıb. Sadəcə keçirilmə vaxtı dəyişdirilib. Digər bir vaxta keçirilib. Sırf texniki səbəblərə görə, konsert oktyabr ayının 21-də keçiriləcək. Yəni texniki səbəblərə görə, yalnız tarixi dəyişdirilib. Biletlər artıq satışdadır”.

Qeyd edək ki, bu barədə ilk xəbəri olay.az verib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.

2 Mar 2022
Şou-biznes

CinemaPlusda “Betmen” filminin nümayişinə başlanılıb

CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.