İlham Əliyev və Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər - FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər - FOTO/VİDEO
23 May 2023 09:15

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verilib.

Bildirilib ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.

 

Qeyd olunub ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq 1994-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünki Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.

 


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.