Vilnüsdə İlham Əliyevin Litvanın baş naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Vilnüsdə İlham Əliyevin Litvanın baş naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO
23 May 2023 09:19

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində fəal rol oynadığını xüsusi qeyd edib, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulanıb. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub. Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanıb. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edib. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.