Azərbaycanın bir cüdoçusu Qran-pridə finala yüksəldi, ikisi bürünc medal qazana bilər

Azərbaycanın bir cüdoçusu Qran-pridə finala yüksəldi, ikisi bürünc medal qazana bilər
25 May 2023 17:23

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

66 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda ispaniyalı David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-da çıxış edən Nazir Talıbov bürünc medal görüşünə çıxacaq. O, Artyom Lesyukdan (Ukrayna) güclü olmağa çalışacaq. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşdə “bürünc” əldə etməyə çalışacaq.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Finan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.