Ceyhun Bayramovun müavini İsrailə səfər edib - FOTO

Ceyhun Bayramovun müavini İsrailə səfər edib - FOTO
26 May 2023 09:59

Mayın 21-25-də Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə işgüzar səfər edib, bu ölkənin rəsmilərini Ermənistanın regionda sülh prosesinə törətdiyi maneələr barədə məlumatlandırıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, F.Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb.

“Herzliya” Konfransında “Azərbaycan-İsrail Strateji Əlaqələri” mövzusunda çıxış edən nazir müavini F.Rzayev Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində, nazir müavini Fariz Rzayev həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı nazir müavini Fariz Rzayev tərəf müqabillərini postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.

Səfər zamanı nazir müavini Fariz Rzayev o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.

İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.

 


31 May 2023
Cəmiyyət

Biləsuvarda Bolqarçay çayında suyun səviyyəsi maksimal həddə çatır

Bolqarçay çayının Biləsuvar şəhərinin mərkəzindən keçən hissəsində suyun səviyyəsi maksimal həddə çatır.

31 May 2023
Cəmiyyət

Laçından göz oxşayan görüntülər - FOTO

Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır, yenidən qurulur, dirçəlir.

31 May 2023
Cəmiyyət

"Son zəngin" keçirilmə tarixi bəlli oldu

"Son zəng" tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək.

31 May 2023
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

31 May 2023
Cəmiyyət

Cəbrayılda kəhrizlərin bərpasına başlanıldı - FOTO-VİDEO

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.