Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
73 kq çəki dərəcəsində yarışan Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.
81 kq-da mübarizə aparan Zelim Tçkayev isə 1/16 finalda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.
Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.
Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.