Prezident İlham Əliyev: “Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur”

Prezident İlham Əliyev: “Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur”
30 May 2023 14:54

“Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında – red.) ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında səsləndirib.

Planlaşdırılan birgə layihələrin reallaşdırılması nəticəsində ticarət dövriyyəsinin daha çox tarazlaşdırılacağına ümid etdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir”.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.