Prezident: “Xəzər Neft-Qaz Sərgisi Azərbaycana potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir”

Prezident: “Xəzər Neft-Qaz Sərgisi Azərbaycana potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir”
31 May 2023 12:25

“1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Bu il biz müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının yüz illiyinin qeyd edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili olmuşdur. “Əsrin müqaviləsi” ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. 1994-cü ildə birinci Qarabağ müharibəsi başa çatmış, “Əsrin müqaviləsi”nin imzalanmasından cəmi 3 ay sonra atəşkəs sazişi imzalanmışdı”.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.