Prezident: “Bakı Enerji Həftəsi” enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir”

Prezident: “Bakı Enerji Həftəsi” enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir”
31 May 2023 13:26

“Bakı Enerji Həftəsi” enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

“Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak. Mən ABŞ prezidentinə və Böyük Britaniyanın baş nazirinə, onların bu tədbirdə iştirak edən nümayəndələrinə xoş və ruhlandırıcı sözlərə görə təşəkkür etmək istəyirəm”, - deyə dövlətimizin başçısı bildirib.

Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: 

“ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.