Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır, yenidən qurulur, dirçəlir.
Xüsusi zövqlə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yanaşı, indi Laçının təbiəti də göz oxşayır. Dörd tərəfdən dağlarla əhatə olunan şahinlər yurdunun təbiəti yamyaşıla bürünüb, hər tərəfdə gül-çiçək açıb. İllərdir işğalın ağrı-acısını çəkən bu qədim Azərbaycan yurdu sanki öz sakinlərini qayıdışına sevinir, onları təbiətinin gözəlliyi ilə salamlayır, göz qamaşdırır.
AZƏRTAC-ın Laçından çəkdiyi fotoları təqdim edirik:
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.