8 aylıq körpə odun sobasının üzərinə düşüb - FOTO

8 aylıq körpə odun sobasının üzərinə düşüb - FOTO
07 İyun 2023 11:15

Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Dilbər Süleymanova məlumat verib.

O bildirib ki, 8 aylıq övladı - Əli Süleymanov - ağır yanıq xəsarətləri alıb:

“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Əli ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. Körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Əli Bakıda bir neçə dəfə dəriköçürmə əməliyyatı keçirdi”.

Ana bildirib ki, övladının müalicəsi üçün 660 manat pula ehtiyacı var:

“Əliyə dəriköçürmə əməliyyatı edilib. Uzunmüddətli müalicə almalı olsa da, bunu etməyə imkanımız yoxdur. Əlinin reabilitasiyası üçün 660 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını, övladıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 976 70 42

 


3 Okt 2023
Cəmiyyət

Bu gün iki Milli Qəhrəmanımızın şəhadətə ucaldığı gündür - FOTO

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin və Yuri Kovalyovun şəhid olduqları gündür.

3 Okt 2023
Cəmiyyət

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev cari il oktyabrın 10-da, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

3 Okt 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.