Ötən sutka ərzində 42 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 8 nəfər xilas edilib, bir nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.
Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.