Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.
Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.
Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacarıb.
Rəqib komandanın qapısından zərbələrin üçünü Tərlan Qurbanəliyev, birini Elçin Camallı və ikisini Joakin Kopello keçirib.
Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabıyla ispanlar qalib olublar.
Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu 10 sentyabr tarixində keçiriləcək.
Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlmişdi.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsində oktyabrın 6-da Bakıda, beş gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.