Sentyabrın 16-24-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirak edəcək güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, sərbəst güləş millimizdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (51 kq), Hacı Əliyev (65), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), İslam İlyasov (97 kq), Georgi Mesvildisvili (125 kq) yer alacaqlar.
Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq), Elnurə Məmmadova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcəklər.
Yunan-roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmadli (60 kq), Murad Məmmadov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizada (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Maqomedxan Maqomedov (97 kq), Beka Kandelaki(130 kq) yarışacaqlar.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.