Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Lider “Zirə” “Sumqayıt”ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşə saat 17:00-da start veriləcək.
Turun digər oyunları 16 və 17 sentyabrda olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
17:00. “Zirə” - “Sumqayıt”
Baş hakim: Kamranbəy Rəhimov.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “CSM Lugoj” komandası Rumıniya Superkuboku uğrunda qarşılaşmada məğlub olub.
Azərbaycan gimnastları Hüseyn və Əli Xəlilovlar Novosibirskdə Olimpiya çempionu Yevgeni Podqornı və Olimpiya Oyunlarının gümüş mükafatçısı İvan Stretoviçin mükafatları uğrunda keçirilən Ümumrusiya yarışlarında uğurla çıxış ediblər.
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsində oktyabrın 6-da Bakıda, beş gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.