Efiopiyalı atlet Qudaf Tseqay ABŞ-da keçirilən Brilyant Liqasının finalında 5000 metr məsafəyə qaçışda qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Tseqay məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək yarışların qalibi olub. Bundan əvvəlki dünya rekordu keniyalı Faith Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus idi və iyunun 9-da qeydə alınmışdı.
Qudaf Tseqayın 26 yaşı var. O, 5000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il isə idmançı 10 000 metr, keçən il isə 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.
Azərbaycan idmançısı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatının qalibi olub.
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Futbol üzrə Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.