Yeddi yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Yeganə Xəlilova məlumat yayıb.
O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.
“Zəhra anadangəlmə serebral iflicdən əziyyət çəkir. Nə otura, nə ayağa qalxa bilir. Demək olar ki, doğulan gündən müalicə etdiririk. Amma hazırda buna imkanımız çatmır. Müalicə dayananda ağrıları artır, qışqırıb-ağlamağa başlayır. Hazırda Zəhranın nə bezini ala, nə də müalicələrini edə bilmirik. Müalicələr üçün 150 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 982-59-38
Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək.
Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin və Yuri Kovalyovun şəhid olduqları gündür.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev cari il oktyabrın 10-da, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.