Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən VIII Xəzər Media Forumunda iştirak edir - FOTO
19 Sent 2023 09:49

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda iştirak edir.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında “Əbədi Şöhrət Məşəli” abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.

Sonra nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov VIII Xəzər Media Forumunun təşkilinə görə nümayəndə heyəti adından qarşı tərəfə minnətdarlığını bildirib, media sahəsində uğurlu inkişafa nail olmaq üçün beynəlxalq əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Əhməd İsmayılov Azərbaycan ilə Rusiya, xüsusilə Həştərxan vilayəti arasında mövcud olan çoxşaxəli əməkdaşlıq istiqamətlərindən danışıb, Xəzər Media Forumunun bu sahədə regional səviyyədə məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.

Görüşdən sonra bir sıra televiziya kanallarına müsahibəsi zamanı İcraçı direktor medianın ictimai diplomatiyanın mühüm faktoru olduğunu, həmçinin müxtəlif millətləri və mədəniyyətləri yaxınlaşdıran, informasiya, ideya və mənəvi dəyərlərin mübadiləsinə kömək edən etibarlı vasitə rolunu oynadığını qeyd edib.

Eyni zamanda, Forum çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib.

Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Forum gedişində təşkil olunan konstruktiv və məhsuldar müzakirələrin bu sahədə yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, media savadlılığının artırılması, peşəkar media nümayəndələrinin hazırlanması, dezinformasiya ilə mübarizə və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin mümkünlüyünə diqqət çəkib, daha sonra media sahəsində aktual məsələlər və tendensiyalar, gələcək inkişaf perspektivlərinin analizi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, VIII Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcək.

 


2 Okt 2023
Siyasət

Selçuk Bayraktar Bakıda səfərdədir

Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Bilim Bakı" mərkəzini ziyarət edib.

2 Okt 2023
Siyasət

Prezident İlham Əliyev Teymur Kərimlini “Şöhrət” ordeni ilə təltif edib - FOTO

Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Teymur Həşim oğlu Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.

2 Okt 2023
Siyasət

Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Türkiyənin sənaye və texnologiya naziri ilə keçirilən görüşdə türk iş adamlarının Azərbaycanda yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması məsələləri müzakirə edilib.

2 Okt 2023
Siyasət

Turizm sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.