Bakıda 80-ə yaxın xəstəxanaya yeni elektrokardioqram aparatları verilib

Bakıda 80-ə yaxın xəstəxanaya yeni elektrokardioqram aparatları verilib
19 Sent 2023 10:44

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub.

Mərkəzdən verilən məlumata görə, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda mərkəzin strukturuna daxil olan 80-ə yaxın tibb müəssisəsinə müasir standartlara cavab verən yeni elektrokardioqram (EKQ) aparatları verilib.

Yaxın gələcəkdə Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də (poliklinikalar) həmin cihazlarla təmin ediləcək.

Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, poliklinikaların yeni avadanlıqlarla təchiz olunması vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:

“Bakı şəhəri üzrə fəaliyyət göstərən poliklinikalarda olan elektrokardioqram cihazlarının çoxu köhnəlmiş, yararsız hala düşmüşdü. Bu isə əhalinin tibbi müayinələr üçün böyük xəstəxanalara üz tutmasına və orada sıxlığın yaranmasına səbəb olurdu. Lakin artıq bu sahədə tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların poliklinikaların tibbi xidmətlərdən daha səmərəli istifadə etmələrinə şərait yaradır. Bu, həmçinin ikinci səviyyə tibb müəssisələrinin üzərinə düşən yükün azalmasına da səbəb olacaq”.

Əhalinin profilaktik müayinələrinin aparılması, xəstəliklərin vaxtında aşkarlanması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.


7 Fev 2025
Dünya

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

7 Fev 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

7 Fev 2025
Dünya

Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır

Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

6 Fev 2025
Dünya

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

6 Fev 2025
Dünya

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı

Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.