Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər
19 Sent 2023 11:58

22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi Rusiyaya yollanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma sentyabrın 21-dən 25-dək Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.

Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada Azərbaycanı Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.

Bu gün Anapaya yollanan komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.


3 Okt 2023
Cəmiyyət

Bu gün iki Milli Qəhrəmanımızın şəhadətə ucaldığı gündür - FOTO

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Əliyar Əliyevin və Yuri Kovalyovun şəhid olduqları gündür.

3 Okt 2023
Cəmiyyət

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev cari il oktyabrın 10-da, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

3 Okt 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.