“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə 16 iştirakçı canlı dinləmələrə keçid alıb. Onlar arasından da növbəti seçimlər edilib.
Hazırda müsabiqəyə qatılmaq üçün altı iştirakçı mübarizə aparır. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles - İlkin Dövlətov - Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.