Azad olunan ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir

Azad olunan ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir
20 Noy 2023 17:26

Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib.

O bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radioproqramın yayımı həyata keçirilir: "Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün antiterror əməliyyatları nəticəsində azad edilən ərazilər də daxil olmaqla, 330 ədəd baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir".


1 Dek 2023
Cəmiyyət

Naxçıvanda 11 məktəbə direktor təyin olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

1 Dek 2023
Cəmiyyət

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.

1 Dek 2023
Cəmiyyət

Məktəblərdə qızılcaya görə şagirdlərin temperaturu ölçülür - FOTO

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb. 

1 Dek 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

1 Dek 2023
Cəmiyyət

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.