İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
21 Fev 2024 17:01

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.


7 Fev 2025
Siyasət

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

7 Fev 2025
Siyasət

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədov Yevlaxda dəfn olunub.

7 Fev 2025
Siyasət

Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"

"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".

7 Fev 2025
Siyasət

Qarabağ Universitetinin Klinikası yaradılır

Prezident İlham Əliyev "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.