Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda keçirilən “Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb.
“Ölkələrimiz arasında çox işlər görülüb və bundan da çoxu baş tutacaq”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan XİN rəhbəri aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.