Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib
15 Apr 2024 14:28

Milli parklara bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.

"Report" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, milli parklarda Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirlər, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən maarifləndirici aksiyalar, eləcə də yazın gəlişini hiss etdirən hava şəraiti ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara çox sayda turistlərin səfər etməsinə səbəb olub.

A.Babayeva xatırladıb ki, ölkədə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var: "Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

29 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

29 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

29 Apr 2024
Cəmiyyət

Aprelin son gününə hava proqnozu açıqlandı

Ölkə ərazisində aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

DİM mayın 5-də imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.