Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
16 Apr 2024 11:06

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, Baş prokuror Kamran Əliyev aprelin 23-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.


29 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

29 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

29 Apr 2024
Cəmiyyət

Aprelin son gününə hava proqnozu açıqlandı

Ölkə ərazisində aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

DİM mayın 5-də imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.