Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb - FOTO

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb - FOTO
16 Apr 2024 12:35

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Polkovnik həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.

Sonra qardaş ölkənin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrində kommunikasiya sahəsində görülən işlərə dair brifinq təqdim edib.

Görüşdə, hər iki ölkə ordularında strateji kommunikasiyanın, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndələr Mətbuat Xidməti, Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 


29 Apr 2024
Siyasət

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.

29 Apr 2024
Siyasət

Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

29 Apr 2024
Siyasət

İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.

29 Apr 2024
Siyasət

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

29 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.