Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17 Apr 2024 15:42

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yunan-Roma güləşi yığmamız böyük məşqçi Əbilfət Məmmədov və məşqçi İlham Vezirovun rəhbərliyi altında təlim-məşq toplanışını Bakıda keçir. Qitə birinciliyinə hazırlıq məqsədilə toplanışa 26 güləşçi cəlb edilib. Aprelin 15-də Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında startı verilən hazırlıq prosesi ayın 27-dək davam edəcək.

Sərbəst güləşçilər isə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında 26 güləşçi toplanışda iştirak edir. Aprelin 13-də başlayan hazırlıq prosesinə ayın 23-də yekun vurulacaq.

Qeyd edək ki, hər iki komandanın təlim-məşq toplanışı fiziki hazırlığın yüksəldilməsi məqsədilə keçirilir. U-15 Avropa çempionatı mayın 15-dən 18-dək Yunanıstanın Lutraki şəhərində təşkil ediləcək.


30 Apr 2024
Dünya

Kolumbiyada helikopter qəzaya uğrayıb: Əsgərlər həlak olublar - VİDEO

Kolumbiyada helikopter qəzası nəticəsində ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı”na (“Gulf Clan”) qarşı əməliyyat çərçivəsində səfərbər olunan doqquz əsgər həlak olub.

30 Apr 2024
Dünya

Rusiyada polietilen anbarında güclü yanğın baş verdi - VİDEO

Rusiyanın Moskva vilayəti yaxınlığındakı Ramenskoye şəhərində polietilen anbarı yanır.

30 Apr 2024
Dünya

1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq

Mayın 1-i Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq.

30 Apr 2024
Dünya

Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Türkiyənin Qaziantep bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.

30 Apr 2024
Dünya

Əfqanıstanda məscidə hücum - Ölənlər var

Əfqanıstanın qərbindəki Herat əyalətində silahlı şəxslərin məscidə hücumu nəticəsində altı nəfər həlak olub, daha bir nəfər yaralanıb.