Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib

Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib
17 Apr 2024 17:24

Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.

Bu barədə brifinqdə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin rəsmisi Erasıl Saypaş məlumat verib.

"Daşqın dövrü başlayandan indiyədək 117 142 nəfər xilas edilərək təxliyə edilib ki, onlardan 40 833 nəfəri uşaqdır. Müvəqqəti yerləşdirmə mərkəzlərində 6932 nəfər var ki, onlardan 3111 nəfəri uşaqdır. Bu saata qədər 17 547 nəfər öz evlərinə qayıdıb",-deyə Erasıl Saypaş bildirib. 

Hazırda 5 rayonda 5677 fərdi yaşayış binası, 1326 həyətyanı sahə və 3 mindən çox bağ evi su altında qalıb. 3873 yaşayış binasından və 2502 həyətyanı sahədən su kənarlaşdırılıb. 

Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda  fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarında 46 mindən çox insan, 4 mindən çox texnika və 16 təyyarə iştirak edir.


30 Apr 2024
Dünya

“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək

“Formula-1” yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq.

30 Apr 2024
Dünya

Kolumbiyada helikopter qəzaya uğrayıb: Əsgərlər həlak olublar - VİDEO

Kolumbiyada helikopter qəzası nəticəsində ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı”na (“Gulf Clan”) qarşı əməliyyat çərçivəsində səfərbər olunan doqquz əsgər həlak olub.

30 Apr 2024
Dünya

Rusiyada polietilen anbarında güclü yanğın baş verdi - VİDEO

Rusiyanın Moskva vilayəti yaxınlığındakı Ramenskoye şəhərində polietilen anbarı yanır.

30 Apr 2024
Dünya

1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq

Mayın 1-i Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq.