“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.
“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya senatının üzvü Ludovik Bula “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
“Azərbaycana bizə özümüzü ifadə etməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Azərbaycan bizim üçün böyük qardaş kimidir. Kanak xalqına göstərilən dəstək çox dəyərlidir və bu dəstəyi əsla unutmayacağıq”, - o vurğulayıb.
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.