Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO
19 Apr 2024 11:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.

 


1 May 2024
Cəmiyyət

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

1 May 2024
Cəmiyyət

Bu gündən ibtidai siniflərdə tətil başlayır

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.

1 May 2024
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

1 May 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1 May 2024
Cəmiyyət

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.