“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”

“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
23 Apr 2024 16:25

“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatına vaxt sərf etmək olar. 

“Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb.


3 May 2024
Siyasət

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

3 May 2024
Siyasət

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

3 May 2024
Siyasət

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

2 May 2024
Siyasət

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.