Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir”.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.